Dərc edilib: 23-04-2020

https://www.nuh.az/23923-.html

Fatma Avdıllazadə yeni işindən DANIŞDI

23.04.2020 10:12:13

Müsahibə

“Şükürlər olsun ki yaxşıyam. Evdəyəm. Ən əsası darıxmıram”.

Bu fikirləri Modern.az-a Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sabiq müdiri Fatma Abdullazadə deyib.


Fatma Abdullazadə hazırki işindən də söz açıb:


“Nə qədər dövlət işində çalışmışamsa, bir o qədər də elmlə məşğul olmuşam. Yenidən elmə qayıtmışam. Riyaziyyatla məşğul oluram. Uşaqlıqdan riyaziyyatı çox sevmişəm. Elə o sahə üzrə də təhsil aldım. Sonra ölkəmizin ən çətin günlərində dahi Heydər Əliyev xalqı bəladan xilas etdi. O zamanlar işə yeni başlayanda fikirləşirdim ki, bir-iki ay çalışıb riyaziyyat sahəsinə qayıdaram. Ancaq tale elə gətirdi ki, Prezident Administrasiyasında qalıb işləməli oldum”.


Xatırladaq ki, 72 yaşlı Fatma Abdullazadə  1993-dən 2005-ci ilədək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tutub.

Fizika-riyaziyyat elmləri doktoru olan Fatma Abdullazadə Azərbaycan Prezidentinin 2017-ci ilin iyununda imzaladığı sərəncamla Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsindən azad edilib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib