Dərc edilib: 23-04-2020

https://www.nuh.az/23924-.html

Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

23.04.2020 11:50:39

LIVE

Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədova bəraət verilib. 


İ. Məmmədovun vəkili Fuad Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Plenumun qərarına əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib. 

Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. 

F. Ağayev təzminatın məbləğini açıqlamayıb. 

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib