Dərc edilib: 23-04-2020

https://www.nuh.az/23928-.html

Teyyub Qənioğlu Prezidentə təşəkkür etdi

23.04.2020 13:27:05

Hadisə

Təkamül  Partiyasının sədri  Teyyub Qənioğlu

 

Bu gün Azadlıq Partiyasının sədri, əsl vətənpərvər, dürüst bir insan olan Əhməd bəy Orucun xəstələndiyi, ağır əməliyyat keçirdiyi xəbərini aldıq.


Aldığımız məlumata görə, Cənab Prezident İlham Əliyev, müxalifət partiyasının sədri olmasına baxmayaraq, onun səhhəti ilə dərhal maraqlanmış, müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsi üçün tapşırıq vermiş və onun müalicəsini öz nəzarətinə götürmüşdür.

Bununla Cənab Prezident mövqeyindən asılı olmayaraq hamının Prezidenti olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Bu mövqeyinə görə Cənab Prezidentə Təkamül Partiyası adından təşəkkür edirik, Əhməd bəyə şəfa diləyirik, tezliklə sağlamlığına qovuşmağı arzu edirik.

 

22.04.2020.

NUH informasiya agentliyi səhifəsindən çap edilib