Dərc edilib: 24-04-2020

https://www.nuh.az/23943-.html

ŞAD XƏBƏR -Bu xidmət sahələrinin fəaliyyəti bərpa olundu

24.04.2020 16:44:24

İdman

Xəbər verdiymiz kimi aprelin 27-dən etibarən Azərbaycanda karantin qaydaları yumşaldılacaq. 

Bizimxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:


● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

 

● kitab satışı

 

● qəzet satışı

 

● dəftərxana mallarının satışı

 

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

NUH informasiya agentliyi səhifəsindən çap edilib