Dərc edilib: 25-04-2020

https://www.nuh.az/23958-.html

Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlandı - 67-si sağaldı

25.04.2020 16:06:26

İdman

Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Operativ Qərargahdan  daxil olan məlumata görə, 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb,

 

21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120.479 test aparılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib