Dərc edilib: 25-04-2020

https://www.nuh.az/23963-.html

Respublika Günü bayramı münasibəti ilə

25.04.2020 18:29:04

Dünya

Təkamül Partiyasının sədri  Teyyub Qənioğlu 

Respublika Günü münasibəti ilə beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərə bəraət verilməsi ölkəmizdə siyasi mühitin daha da demokratikləşməsinə böyük töhfə olardı.

23 aprel 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi REAL partiyasının sədri İlqar Məmmədova və "İnsan haqları" klubunun rəhbəri Rəsul Cəfərova bəraət və maddi təzminatın ödənilməsi ilə bağlı qərar vermişdir.
Bu münasibətlə Təkamül Partiyası adından hər iki siyasətçini təbrik edirik. Bir müddət əvvəl tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin həm ölkəmizdə, həm də Türkiyədə müalicə xərclərinin Birinci- Vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ödənilməsi, Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicə xərclərinin Prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən qarşılanması, müxalif mövqeli Azad Demokrat və Yeni Zaman Partiyalarının dövlət qeydiyyatına alınması 2019-cu ildən etibarən ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasına start verildiyinin əyani sübutudur.
Hesab edirik kı, siyasi hakimiyətin bu uğurlu addımları Azərbaycanımızda siyasi mühitin daha da demokratikləşməsinə, sivil vətəndaş cəmiyyətinin formalaşmasına, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə müstəvisinə daxil olmasna, siyasi mübarizədə zorakılığın, qeyri-qanuni hərəkətlərin mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələr tərəfindən rədd edilməsinə zəmin yaradacaqdır. Fikrimizcə, qarşıdan gələn Respublika Günü bayramı münasibəti ilə beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərə bəraət verilməsi ölkəmizdə siyasi mühitin daha da demokratikləşməsinə böyük töhfə olardı.
24.04.2020-ci il 

NUH informasiya agentliyi səhifəsindən çap edilib