Dərc edilib: 26-04-2020

https://www.nuh.az/23971-.html

Nisyə dəftərlərindəki borclar silinsin

26.04.2020 09:16:44

LIVE

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xeyriyyəçilik aksiyasına başlayıb. 

Bu haqda Moderator.az-a açıqlamasında  E.Hüseynov özü məlumat verib:
"Azad İstehlakçılar" İctimai Birliyinin(Aiib) sədri olaraq müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar bir xeyriyyəçilik aksiyasına başladım və bütün vətəndaşlarımızı bu aksiyya qoşulmağa çağırıram.
Aksiyanın devizi "Borc dəftərlərində borc qoymayaq"  və ya "Toxun acdan xəbəri olsun". Məlumdur ki, kəndlərdə, məhəllə dükanlarında hətta çörəyi belə nisyə alıb borc dəftərinə yazdıran ailələr vardır. Xüsusən şəhərdə yaşayan az- çox imkanı olan hər bir insanın məxsus olduğu rayonda, kənddə, yaşadığı məhəllə dükanında belə borc dəftəri vardır. Hər bir şəxsi bu borcları sildirməyə  kömək etməyə çağrıram. Kəndimin dükançısı ilə telefon əlaqəsi etdim, istəyimi bildirdim. O, dediki borc dəftərində çörək un ayrı yazılmır. Bu zaman razılığa gəldik ki,10 ən çox borcu olan və potensial olaraq ödəyə bilməyən ailənin borclarını və telefon nömrələrini göndərsin. Belə də etdi!Razılaşdıq ki, borcun kim tərəfindən ödənildiyi heç kimə deyilmir. Məbləğ dükan sahibinin istəyinə uyğun olaraq ya poçtla ya da ilk görüşdə ödənilir. Həmını bu aksiyaya qoşulmağa dəvət edirəm".
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib