Dərc edilib: 26-04-2020

https://www.nuh.az/23976-.html

Azərbaycanda koronavirus mayın 5-dək 97 faiz, ayın 16-a qədər 99 faiz yox olacaq

26.04.2020 18:16:54

Maraqlı
Sinqapur Texniki Universitetinin bir qrup araşdırmaçı alimi süni intellekt vasitəsilə dünyada və ayrı-ayrı ölkələrdə COVİD-19 pandemiyasının nə vaxt başa çatacağını müəyyən ediblər.

azvision.az   xəbər verir ki, alimlərin hesablamalarına görə, dünyada koronavirus may ayının 29-a qədər 97 faiz, dekabrın 8-dək isə tamamilə yoxa çıxacaq.

Azərbaycanla bağlı hesablamalara gəlincə, alimlərin fikrincə, ölkəmizdə koronavirus təhdidi mayın 5-dək 97 faiz, ayın 16-a qədər 99 faiz, iyun ayının 13-dək isə tamamilə aradan qalxacaq

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib