Dərc edilib: 27-04-2020

https://www.nuh.az/23983-.html

İtaliya məhdudiyyətlər aradan qaldırilir

27.04.2020 08:14:03

İdman

İtaliya mayın 4-dən etibarən koronavirusla bağlı tətbiq edilən məhdudiyyətləri tədricən aradan qaldıracaq.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Cüzeppe Konte bildirib. Onun sözlərinə görə, ilk növbədə parklar açılacaq, tikinti və kütləvi istehsal bərpa olunacaq. Ancaq kütləvi tədbirlərin keçirilməsi bir müddət qadağada qalacaq. Sakinlər əvvəlki kimi lazım olmadığı halda, küçəyə çıxa bilməyəcklər.

Konte əlavə edib ki, İtaliya koronavirusla mübarizənin “ikinci mərhələsi”nə daxil olub.

Qeyd edək ki, bu gün İtaliyada koronavirusdan ölüm və xəstəliyə yoluxma sayında azalma müşahidə olunub.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib