Dərc edilib: 27-04-2020

https://www.nuh.az/23994-.html

Səudiyyədə ŞALLAQ, QAMÇI və 18 yaşa çatmayanların edamı ləğv edildi

27.04.2020 15:43:19

LIVE

Səudiyyə Ərəbistanında 18 yaşdan aşağı cinayət törətmiş şəxslərin edam cəzası ləğv edilib.


“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında uzun müddət tətbiq olunan 18 yaşına çatmamış edam hökmü kral Salman bin Əbdüləziz əs-Səudun verdiyi qərar ilə ləğv edilib.

Qərara əsasən edam cəzası yerinə cinayət törətmiş və yetkinlik yaşına çatmamış şəxslər 10 ilə qədər həbs cəzasına məhkum olunacaqlar. 

Səudiyyə Ərəbistanı İnsan Haqları Komissiyası öz bəyanatında bu addımı yüksək qiymətləndirib. Komissiyanın sədri Əvvad bin Saleh qeyd edib ki, bu qərar ölkədə daha müasir cinayət məcəlləsinin yaradılmasına imkan verəcək.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında məhkəmələrdə qamçılama hökmünün də ləğv edildiyi elan olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib