Dərc edilib: 28-04-2020

https://www.nuh.az/24003-.html

Deputatlar mayın 1-i bunları müzakirə edəcək

28.04.2020 18:04:48

LIVE

Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. 


“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 26 məsələ daxil edilib. İlk olaraq, iclasda Hesablama Palatasının illik hesabatı məruzə ediləcək.

Həmçinin “Sosial sığorta haqqında” (birinci oxunuş) qanun layihəsinə dəyişiklik edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Turizm haqqında” qanun layihəsi (birinci oxunuş), Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş) və.s məsələlər müzakirə ediləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib