Dərc edilib: 29-04-2020

https://www.nuh.az/24008-.html

Bu ölkədə yeganə maddə üzrə qüvvədə olan ölüm hökmü ləğv edildi

29.04.2020 08:40:38

LIVE

Mərkəzi Afrika ölkəsi Çadda yeganə maddə üzrə - terrorçuluq fəaliyyətinə görə (cinayət məcəlləsinin 4-cü maddəsi) qüvvədə olan ölüm hökmü ləğv edilib.


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qərar Çad Milli Məclisi tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, ölkədə ölüm hökmü 2014-cü ildə rəsmi şəkildə ləğv edilsə də, 2015-ci ildə hökm sadəcə terrorçuluq fəaliyyətinə görə yenidən qüvvəyə minib.

“Boko Haram” radikal qruplaşmasının 2015-ci ildə paytaxt Ncamenada polis akademiyasına hücumundan sonra qruplaşmanın ələ keçirilən üzvlərinin hamısı edam edilmişdi.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib