Dərc edilib: 29-04-2020

https://www.nuh.az/24010-.html

Hillari Klinton Trampın rəqibinə dəstək oldu

29.04.2020 09:01:01

Dünya

2016-cı il prezident seçkilərində Donald Trampa məğlub olan Hillari Klinton bu il keçiriləcək seçkilərdə prezidentliyə namizəd Co Baydenə dəstək olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Klinton Trampın rəqibinə bu sözlərlə dəstəyini bildirib:

“Mən də sizi dəstəkləyən bir çox səsə qatılıram. Bu seçkilərdə təhlükədə olan bir çox məsələnin qabardılmasına yardım etmək üçün sizin kampaniyanızın bir dəstəkçisi olmaqdan qürur duyuram. Bizə lazım olan lider, prezident Co Baydendir”.

Qeyd edək ki, ABŞ-da bu ilin noyabrında prezident seçkiləri keçiriləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib