Dərc edilib: 30-04-2020

https://www.nuh.az/24027-.html

Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxıldı (RƏSMİ)

30.04.2020 18:12:25

LIVE

"Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riskli olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb: "Humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib