Dərc edilib: 01-05-2020

https://www.nuh.az/24033-.html

İftardan sonra siqaret çəkmək infarkt riskini artırır

01.05.2020 08:28:21

Mədəniyyət

Ramazan ayında oruc tutanların bir çoxu iftardan sonra dərhal bir neçə siqaret çəkir.


“Qafqazinfo” xəbər verir ki, oruc tutan zaman gün ərzində orqanizmdə nikotin əskikliyi olur və buna görə də insanlar iftardan sonra siqaret çəkməyə can atırlar.

Eyni vəziyyət imsaka qədər davam etdiyində orqanizm yüksək miqdarda nikotin təsirinə məruz qalmış olur. Bu isə təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur, ən qorxulusu isə infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

Qeyd edək ki, dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib