Dərc edilib: 02-05-2020

https://www.nuh.az/24051-.html

Parlamentin iki yeni şöbəsinə müdir təyin olundu

02.05.2020 10:14:33

LIVE

 

Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.

 APA   məlumatına görə, birləşdirilən İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov təyin edilib.

M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim təyin olunub.

Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib.  Rəşid İbrahimovu bu vəzifədə Protokol  sektorunun  müdiri İlkin Məmmədov əvəzləyib.(APA)

    

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib