Dərc edilib: 03-05-2020

https://www.nuh.az/24070-.html

Surət Hüseynovun 28 il əvvəl Elçibəylə bağlı xahişi

03.05.2020 16:21:12

Azərbaycanın sabiq Baş naziri, “qiyamçı polkovnik” Surət Hüseynov ötən gün “Youtube” kanalında blogger Laçın Məmişova geniş müsahibə verib. Surət Hüseynov müsahibədə bir sıra diqqətçəkən açıqlamalarla çıxış edib.


1992-ci il prezident seçkiləri haqqında danışan Surət Hüseynov iddia edib ki, Etibar Məmmədovdan namizədliyini Əbülfəz Elçibəyin xeyrinə geri götürməsini xahiş edib.

Maraqlıdır, həqiqətən belə bir məqam olubmu?

Məsələ ilə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədovla əlaqə saxladıq. Etibar Məmmədov Cebhe.info-ya açıqlamasında Surət Hüseynovun dediyini təsdiqləyib:

“Vallah o vaxt çox adam çox şey xahiş edib məndən. O da onlardan biri. Ola bilər ki, desin elə bir şey”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib