Dərc edilib: 04-05-2020

https://www.nuh.az/24075-.html

Rayonlarda gediş-gəliş bərpa olundu

04.05.2020 08:30:27

Günün sitatı

Bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunub.

 

 "Qafqazinfo" xəbər verir ki, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağan olunduğundan vətəndaşlar şəxsi avtomobildən istifadə etməlidirlər. Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib