Dərc edilib: 04-05-2020

https://www.nuh.az/24076-.html

Bu gündən bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa edilir

04.05.2020 08:41:50

Hadisə

Bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda bərbərxana, gözəllik salonlarının fəaliyyətinə icazə verilir.

 

Vətəndaşlar bu xidmətdən yararlanmaq üçün SMS-lə icazə almalıdırlar.

Bunun üçün 8103 nömrəsinə 2 indeksi üzrə SMS göndərmək lazımdır.

Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib