Dərc edilib: 05-05-2020

https://www.nuh.az/24085-.html

Deputatlar bu gün 11 məsələ barədə qərar verəcəklər

05.05.2020 09:43:06

Cəmiyyət

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


"Qafqazinfo" xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Bunlar “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və. s qanunlara dəyişiklik layihələridir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib