Dərc edilib: 05-05-2020

https://www.nuh.az/24090-.html

Deputatlar arasında qalmaqal: “İcra başçısının adından danışır”

05.05.2020 21:13:56

İqtisadiyyat

Milli Məclisin iclasında deputatlar Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə düşüb. 

 Oxu.Az   məlumatına görə, M.Qasımlı çıxışında Yardımlıda əhaliyə paylanılan yardımlardan danışarkən deyib ki, heç kim dövlət orqanlarının fəaliyyətinə kölgə sala bilməz: 
"Yardımların paylanılmasının çox şəffaf şəkildə həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”, - deyə M.Qasımlı S.Rüstəmxanlıya replika atıb. 
Bu isə deputat S.Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq paylanılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib. 
"Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”, - deyə o, əlavə edib. 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib