Dərc edilib: 06-05-2020

https://www.nuh.az/24094-.html

Tanınmış ziyalı Firuz Haşımovdan xəbər var – Publisistin gözləri TƏCİLİ əməliyyat olunmalıdır

06.05.2020 00:04:41

Mədəniyyət

Tanınmış ziyalı, Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin, incəsənətinin təbliği və qorunub saxlanmasında müstəsna xidmətləri olan publisist Firuz Haşımovdan xəbər var.

 

Kivnews.com bildirir ki, bu illər ərzində dövlət müstəqilliyimizə xələl gətirməyə çalışanlara qarşı barışmaz mövqedə olan və öz məqalələri ilə daim belə şəxsləri ifşa edən Firuz Haşımov səhhətində yaşanan problemlərdən dolayı mətbuata çox çıxa bilmir. Amma yeni-yeni məqalələr üzərində çalışmaq, öz bildiklərini gələcək nəsillərə miras qoymaq üçün tanınmış ziyalının gözlərinin əməliyyatına ehtiyac var.

Bir gözünün tamamilə tutulması, digər gözünün isə olduqca zəif görməsi Firuz Haşımov üçün ciddi məsələyə çevrilib. Aldığı pensiya ilə dolanan Firuz Haşımovun gözlərinin əməliyyatına ciddi ehtiyacı var. Amma maddi vəziyyəti aşağı olduğundan onun buna imkanı çatmır. Ona görə də, Vətənini sevən, xalqının, millətinin hər zaman uğuruna sevinən və bunları öz məqalələrində qeyd edən Firuz Haşımova dəstək duraq.


 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib