Dərc edilib: 06-05-2020

https://www.nuh.az/24098-.html

Moskvada hava paradının məşqindən - Fotolar

06.05.2020 08:49:26

İdman

Rusiyada 9 may tarixində Qırmızı meydanın səmasında 75 təyyarə və helikopter uçacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

Hava-Kosmik Qüvvələrinin baş komandanının müavini, general-leytenant Sergey Dronov bildirib ki, Qələbənin 75 illiyi münasibətilə Moskva aviaparadında beşinci nəsil Su-57 təyyarələri də havaya qalxacaq.

Qələbə Günündə Rusiyanın 47 şəhərində hava paradı keçiriləcək, orada 600-ə yaxın uçuş aparatı iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin koronavirusun ölkə ərazisində yayılması fonunda tədbirin yerüstü hissəsinin keçirilməsini ertələmişdi. Prezidentin sözlərinə görə, parad COVID-19-la bağlı vəziyyət stabilləşəndən sonra mütləq keçiriləcək.  

Moskva aviaparadının mayın 4-də baş tutan məşqindən fotoları təqdim edirik:  

 





  

NUH informasiya agentliyi səhifəsindən çap edilib