Dərc edilib: 07-05-2020

https://www.nuh.az/24109-.html

Vilyam Hacıyev məhkəmədə dedi-"Hər şey yaxşı olacaq "

07.05.2020 08:21:20

Hadisə

İmişli Rayon İcra Hakimiyyətin başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib.

 

 Bakupost.az  xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib:

"Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail rayon Məhkəməsi V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib