Dərc edilib: 07-05-2020

https://www.nuh.az/24115-.html

Vilyam Hacıyevin evindən çıxanlar - Video

07.05.2020 14:45:33

Cəmiyyət

İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı Vilyam Hacıyevin evindən külli miqdarda xarici və milli valyutada olan pul vəsaitləri aşkarlanıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu fakt DTX-nin keçirdiyi əməliyyat zamanı çəkilişdə qeydə alınıb. 

Belə ki, V.Hacıyevin evində qutuda xüsusi qablaşdırılmış bir neçə “paçka”da pul vəsaitləri aşkarlanıb. 

Onlardan birinin üzərindəki qeyddən görünür ki, 1 bağlamada 500 min avro pul olub.

Onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib