Dərc edilib: 07-05-2020

https://www.nuh.az/24119-.html

Narxozun rektoru Ədalət Muradovun qara ləkəsi

07.05.2020 17:24:06

Hadisə

Keçmiş  Sovet  İttifaqında  70  il  müddətində  yalnız  bircə dəfə  SSRİ Təhsil Naziri ozamankı Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu ( xalq arasında "Narxoz" deyirdilər ) rüşvətə görə ləğv etdi. Bu sovet təhsil sistemində ilk və son idi. Bu hadisə Azərbaycan təhsil sisteminə vurulan qara ləkə idi. 

 

 Cənab Prezident  İlham Əliyev  2014-cü ildə  Ədalət  Muradovu  Azərbaycan Dövıət İqtisad  Universitetinə rektor təyin edəndə  təzə rektor  demişdi ki, çalışacam  "Narxoz"un üstündəki "qara ləkə"ni götürüm. 

Təəssüf ki, cənab   Ədalət Muradov  nəinki  keçmiş Narxoz-un  üstündən qara ləkəni götürə bilmədi, üstəlik özü də "qara ləkə"li oldu. 

 

Sözün düzü,  cənab rektorun elmi işi, dissertasiya mövzusu, plagiat olmağı, ölkəmizin iqtisadi uğurlarına kölgə salması və s  barədə mənim əlimdə  fakt yoxdur. Amma düşünürəm ki, ocaq yanmasa tüstü olmaz. 

Biz  Ədalət Muradovun tərcümeyi-halında o qədər  şübhəli məqamlar görürürük  ki, amma bununla işimiz  yoxdur. 

Bizi marqlandıran Ədalət Muradovun alnındakı  qara ləkədir. 

Təsəvvür edirsiniz hələ orta əsrlərdə MÜLKİYYƏT MÜQƏDDƏS hesab olunub, sonrakı zamanlarda  bu dövlətlərin ANA QANUN-larında əks olunub. Yəni MÜLKİYYƏT TOXUNULMAZDIR. 

Ancaq bizim cənab rektor bu adi həqiqəti anlamır və anlamaq da istəmir. 

Bəli, Yasamal rayonu Murtuza Muxtarov küçəsində vətəndaş  Mir Valeh Mövsümova məxsus, mülkiyyətində olan   torpaq sahəsini cənab rektor  Ədalət Muradov zəbt edib. 

Zəbt etmək bir yana, hələ üstəlik  bi zəbti  hüquqi yolla, məhkəmə vasitəsilə həll etmək istəyir. Və bunun üçün Yasamal rayon məhkəməsinə müraciət edir.

Cənab rektorun iddia ərizəsinin surətini  dərc edirik: 

 

 

MƏHKƏMƏDƏN   XAHİŞ  EDİRİK : 

 

Bakı şəhəri,  Yasamal rayonu, Murtuza Muxtarov küçəsində qarşılıqlı  iddia üzrə  cavabdeh Mövsümov Mir  Valeh Seyidrza oğlunun  MÜLKİYYƏTİNDƏ  OLAN (!!!)  torpaq sahəsinin  5 metr enində  olan  hissəsindən  Murtuza Muxtarov küçəsinə piyada və avtomobil  keçidi üçün qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən istifadə hüququnun təmin olunması barədə  qətnamə qəbul edəsiniz. 

 

  Azərbaycan Dövlət İqtisad Universiteti - Vəkil  Kamandar Nəsibov 

 

Təsəvvür edirsiniz, ərizədə qeyd olunub ki, " Mövsümov Mir  Valeh Seyidrza oğlunun  MÜLKİYYƏTİNDƏ  OLAN (!!!)  torpaq sahəsinin...". 

 

Deməli, professor rektor    başqasının mülkiyyətində olan torpaq sahəsini məhkəmə yolu ilə özününküləşdirmək istəyir. 

 

Cənab Muradov !  Deyirdiniz ki, NARXOZ-un üstündəki "qara ləkə"ni götürəcəm. Siz yaxşı olar ki, öz  üzərinizdəki "qara ləkə"ni götürün və vətəndaşın mülkiyyətindən əl çəkin. Bunun üçün ilk olara iddia ərizənizi geri götürün. Sonra vətəndaşa vurduğun maddi və mənəvi  zərər  barədə danışmaq olar. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib