Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24132-.html

Bakıda əsgər özünü türmədə güllələyib öldürdü

08.05.2020 09:39:41

Reportaj

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.


APA   xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verib.

Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib