Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24134-.html

DTX bu gün nazir müavinini HƏBS ETDİ

08.05.2020 13:39:32

İdman

Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirilən əməliyyata dair məlumat yayıb.

Bizimxeber.az-ın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bildirilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov DTX əməkdaşları tərəfindən saxlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib