Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24140-.html

Zakir Fərəcovun qardaşının şirkətləri

08.05.2020 16:13:54

Kriminal

Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcov İNTELEKT LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni 2007-ci ildə qeydiyyatdan keçirib. 

 

 

Reportyor.info xəbər verir ki,bu barədə jurnalist Cavanşir Həsənli yazıb.

 

Şirkət SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 16/56-da qeydiyyatdadır. Bu ünvanda həmin ilin iyun və iyul aylarında daha 5 şirkət – TRANS-AVTO LTD MMC,

EVEREST LTD MMC,

QIZILDAŞ LTD MMC,

KAİNAT LTD MMC və

“GƏNCLİK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyata alınıb.


TRANS-AVTO LTD MMC-nin qanuni təmsilçisi SÜLEYMAN ƏBDÜRRƏHMANOV AKİF OĞLU eyni zamanda BİNƏQƏDİ RAYONU, MİKRORAYON 7, ev 9/25, m. 146-da hüquqi qeydiyyatda olan “YARADAN KƏNDLİ-FERMER TƏSƏRRÜFATI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir.


Nazim Fərəcovun təsisçisi olduğu “LAMİNAT-KOMMERS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2008-ci ildə qeydiyyatdan keçib. Onun oğlu Ruslan Fərəcovun təsisçisi olduğu RUSLAN-S MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildən fəaliyyətdədir.


Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alsa da sonradan aldadıldığı məlum olmuşdu.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib