Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24141-.html

Şəmkir sakini cənab nazirə şikayət etdi

08.05.2020 16:36:38

Cəmiyyət

Şəmkir rayonu, Dəllərcəyirli  kənd sakini, 1988-ci il təvəllüdlü  QULİYEV  ZAMAN MÖVLAM  oğlu  daxili işlər naziri  cənab Vilayət  Eyvazova müraciət edib. 

 

 NUH.az  həmin müraciəti olduğu kimi dərc edir: 

 

Cənab nazir ! 

 
Yazıb Sizə bildirirəm ki,  mənə məxsus olan Niva markalı avtomobil  27.04.2020 ci il  tarixdə  saat  17:00- da  Şəmkir  şəhəri,  Dəllərcəyir kəndində evimin qarşısında mənə məlum olmayan  səbəblərdən Şəmkir Yol Patrul xidmətinin əməkdaşları tərəfindən aparılıb. 

 
Avtomobilin aparılmasında  Şəmkir şəhər Yol Patrul Xidmətinin rəisi və Ruhin adında əməkdaş iştirak edibdi. 

 
Avtomobilim   aparılan  zaman  maşında   2 ədəd İphone markalı telefon olub.

 

(Telefonların imeil  kodları mövcuddu)

 

Avtomobil polis işçiləri tərəfindən aparılan zaman yolda avtomobil kodu idare edilərək maddi ziyan vurulub. 


Avtomobili polis əməkdaşları aparan zaman heç bir  sənədləşmə aparılmayıb,  mənə məlumat verilməyib və mühərriki hansı yolla işə salıblar mənə məlum deyil. 


Mən artıq şəxsi evimdə yaşamağa qorxuram. Hər an polis işçilərinin evimə gələrək mənə qarşı zor tətbiq etmələrindən ehtiyyat edirəm. 

 


Məlumat üçün bildirim ki, Şəmkir şəhərində karantın elan olduqdan sonra  bu tip hadisələrin ardı arası kəsilmir.

 

Dəfələrlə  Polis İdarəsində  olsam da şikayətimə baxan yoxdur. 

 

Cənab nazir ! 


Xahiş edirəm mənə kömək edin. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib