Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24142-.html

Ermənistan parlamentində dava düşdü - Video

08.05.2020 17:21:02

Müsahibə

Ermənistan parlamentində hökumət üzvlərinin də iştirakı ilə deputatlar arasında əlbəyaxa qarşıdurma yaşanıb.

 


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki,  “Parlaq Ermənistan” müxalif fraksiyasının rəhbəri Edmond Marukyan kürsüdəki həmkarlarını müxalifləri təhqir etməməyə çağırandan sonra onunla “Mənim addımım” adlı hakim partiyanın deputatı Sasun Mikayelyan arasında mübahisə başlayıb.

Digər məclis üzvlərinin də qatılması ilə deputatlar arasındakı mübahisə bir neçə dəqiqədən sonra kütləvi davaya çevrilib. Yaranmış vəziyyət səbəbindən iclas təxirə salınıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib