Dərc edilib: 09-05-2020

https://www.nuh.az/24149-.html

39 gündən sonra metro açıldı - Fotolar

09.05.2020 08:45:13

Reportaj

 

Ölkədə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə martın 31-dən fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 06:00-dan başlayaraq sərnişinlər metrodan istifadə etməyə başlayıblar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, metrostansiyalara yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçən, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir. Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda sosial məsafəni gözləməsi mütləqdir. 

 



  

NUH informasiya agentliyi səhifəsindən çap edilib