Dərc edilib: 09-05-2020

https://www.nuh.az/24163-.html

Qaramaskalılar Sabirabadda - Başçı həbs edildi

09.05.2020 21:27:00

Reportaj

 

Qaramaskalılar Sabirabad rayonunun İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. 

 

Bu barədə İxa.az-a məlumat daxil olub.

İcra hakimiyyətinin binasına giriş - çıxış bağlanıb.

Bildirilir ki, haqqında olan çoxsaylı şikayətlər əsasında, qaramaskalılar icra başçısının müavini Həsən Həsənovu və bir neçə vəzifəli şəxsi saxlayıb.

İcra başçısı müavini və digər yerli məmurlar həbs edilərək Bakıya gətirilr.

Qeyd edək ki, Həsənov Həsən Murtuza oğlu 20 ildən çoxdur ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib