Dərc edilib: 10-05-2020

https://www.nuh.az/24168-.html

26 min Seks işçisi baş nazirə məktub yazdı

10.05.2020 09:21:56

LIVE

Belçikada bir qrup seks işçisi ölkənin baş naziri Safia Vilmesə məktub yazıb. Onlar məktubda koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən qadağaların seks işçiləri üçün yumşaldılmasını tələb ediblər.

 

Modern.az “Sözcü”yə istinadla bildirir ki, Brüsseldəki Seks İşçiləri Dərnəyinin (“Utsopi”) idarə heyəti 11 maydan etibarən ölkə ərazisində daha da sərtləşdiriləcək qərara etirazlarını bildirib. Onlar üç aydır ki, işsiz qalan seks xidmətçilərinin sosial durumlarının acınacaqlı olduğunu dilə gətiriblər.

 

Dərnəyin rəhbəri Maksime Mayes “Utsopi”yə üzv olan 26 min seks işçisinin maddi durumunun ağır olduğunu söyləyib: “Qaydaları pozan cinsi azlıqlar və seks işçiləri həbs edilib. Ciddi şəkildə cəzalandırılıb. Vəziyyəti başa düşürük. Amma dərnəyimizin üzvləri hökumətdən xahiş və tələb edir ki, mövcud duruma tezliklə çıxış yolu tapsın. Çünki artıq bir neçə seks işçisi məktub yazaraq intihar edəcəyini bildirib. Onların çoxu yerli xidmət işçiləri deyil, miqrantlardır”.

 

Qeyd edək ki, Belçika hökumətinin qərarına əsasən  seks işçilərinin fəaliyyətinə ən tez sentyabrın 1-dən sonra icazə verilir.

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib