Dərc edilib: 10-05-2020

https://www.nuh.az/24173-.html

Çindən alınan 11 milyon maskanın 8 milyonu zay çıxdı

10.05.2020 11:04:51

LIVE

Kanadanın Çindən aldığı N95 tip 11 milyon maskadan 8 milyonu standartlara cavab verməyib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanınn Qubek ştatının ticarət naziri Anita Anand açıqlama verib. O, standartlara cavab verməyən maskaların başqa məqsədlər üçün istifadə ediləcəyini bildirib.
Bundan başqa yerli mətbuatda Çindən ötən ay alınmış 1 milyon maskanın da yararsız çıxdığına dair məlumatlar yayılıb. Lakin Hökumət hələlik bu barədə açıqlama verməyib.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib