Dərc edilib: 10-05-2020

https://www.nuh.az/24184-.html

Boksçu imicini əməkçi obrazına dəyişən Abıyev-FOTO

10.05.2020 21:46:02

İdman

İcra başçılarının DTX tərəfindən həbsləri həmkarlarının canına qorxu salıb.


Biri Bakıya xəstəxanaya yerləşdirilir- qəfil xəstəliklə bağlı. Diğəri xəstələr üçün qan verir və bu aksiyadan olan fotoları KİV-lərdə yayımlayır.
Dünənədək əhali ilə görüşməkdən imtina edənlər, qəbul edəndə də ayaq üstə həvəssiz dinləyənlər  bu gün vətəndaşlarla şəkil çəkdirir.
Sabahnews.az xəbər verir ki, Daşkəsən icra başçısı Əhəd Abıyevin əlində "lapatka" olan şəkli sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Belə getsə Abıyevin bənna, xarrat, qırçı obrazlarında da şəklini görə biləcəyik. Boksçu imici daha işə yaramır. Qorxu yaman pis şeydir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib