Dərc edilib: 11-05-2020

https://www.nuh.az/24194-.html

İran ordusunda şok: öz gəmisini bombaladı - Onlarla hərbçi öldü

11.05.2020 11:43:41

LIVE

İran donanmasına aid "Cameran” kiçik çaplı müharibə gəmisi Bəsrə körfəzində təlimlər zamanı ölkəyə aid "Konarek” döyüş gəmisini vurub.

Nəticədə 40-a yaxın İran əsgəri həlak olub.
Bu barədə İran İnqilab Keşikçiləri Korpusuna aid "Cevan" qəzetinin müxbiri Vahid Hacipur sosial media hesabında məlumat paylaşıb.
İran Hərbi Dəniz Komandanlığının Bəndər Abbas 1-ci Bölgəsi İctimaiyyətlə Əlaqələr Departamentindən verilən yazılı açıqlamada yanlışlıqla meydana gələn hadisə zamanı ən az 1 nəfərin öldüyü bildirilib. Olayın detallarına dair məlumatlar paylaşılmayıb.publika
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib