Dərc edilib: 11-05-2020

https://www.nuh.az/24199-.html

Zakir Fərəcov DTX-nı gözləyir...

11.05.2020 16:05:36

Günün sitatı

Dövlət  Təhlükəsizlik Xidmətinin  son vaxtlar rüşvətxor, korrupsioner icra başçıları ilə bağlı keçirdiyi əməliyyatlar  ölkədə müsbət qarşılanır. 

 

Cənab Prezident İlham Əliyev belə məmurları milli xainlər  adlandırıb. 

 

Cəmiyyətdə inam yaranıb ki, belə rüşvətxor məmurlar  haqlı cəzasını alacaq. 

Mediada yayılan məlumatlardan bəlli olur ki, bəzi icra başçıları DTX-nın gəlişindən çox təlaş keçirir, özləri ilə ürək dərmanı gəzdiri, hətta bəzi icra başçıları işə PAMPERS geyib gəlirlər. 

 

İmişlinin icra başçısı Vilyam Haciyevin  DTX  tətəfindən qandallanması   Sumqayit şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu yaman pəjmürdə edib. 

 

Bu gün  NUH.az-a daxil olan məlumata görə,  Zakir Fərəcov həmişə "əmioğlu" dediyi  mühüm dövlət görəvlisinə zəng edərək bu işlərin necə bitəcəyini soruşub. Həmin şəxs isə cavab verib ki, məni bitirdilər, əmioğlu, növbə sənindir  get  camaatın  borclarını  qaytar.  

 

Mənbənin məlumatına görə,  Zakir Fərəcov hər gecə  " Səni deyirlər.."  mahnısına qulaq asır. Və DTX-nın gələcəyi günü gözləyir. 

Məlumata görə, Vilyam Haciyev  Zakir Fərəcova mühüm mesaj göndərib. 

Bu barədə növbəti yazıda. 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib