Dərc edilib: 12-05-2020

https://www.nuh.az/24206-.html

Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı AMEA-dan AÇIQLAMA

12.05.2020 11:30:21

Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin vəfat etdiyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumata görə, AMEA prezidenti dünən gecə saatlarında dünyasını dəyişib. 


Bizimxeber.az bildirir ki, AMEA-nın mətbuat katibi Ağahüseyn Şükürovla əlaqə saxlayıb.

“Mən hörmətli akademik Ramiz Mehdiyevin mətbuat katibiyəm. Yəqin saytlar düz anlamayıblar. Mənim oğlum bir həftədir dünyasını dəyişib. Yəqin doğru anlamayıb, belə yazıblar”, - deyə Ağahüseyn Şükürov Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib