Dərc edilib: 12-05-2020

https://www.nuh.az/24222-.html

Qatı rus millətçisi Krılov öldü

12.05.2020 23:18:46

LIVE

Qatı rus millətçisi, siyasətçi, yazıçı, publisist Konstantin Krılov 52 yaşında vəfat edib. 
Moderator.az xəbər verir ki, arvadı Nadejda Şalimova Konstantin Krılovun insultdan qəfil keçindiyini bildirib. 
Millətçi baxışları və radikal fikirləri ilə qalmaqallarla yadda qalan Krılov dövlət tərəfindən qeydiyyata alınmayan Rusiya Nasional-Demokrat Partiyasının təsisçisi və rəhbəri idi. O, müxtəlif illərdə "Spetsnaz Rossii", "Russkiy marş" qəzetlərinin, "Voprosı natsionalizma" jurnalının redaktoru, Yeni Siyasi Xəbərlər Agentliyinin rəhbəri olub.
Ukrayna savaşını, Donbasın işğalını dəstəkləyən Konstantin Krılov ukraynalılara qarşı vuruşmaq üçün Donbasa könüllülərin göndərilməsi kampaniyasında xüsusi fəallıq edib. Ayrı-ayrı xalqlara qarşı nifrət dolu çıxışlarına görə o, bir neçə dəfə hücuma məruz qalıb, hədələnib. 2011-ci ildə Qafqaz xalqlarına qarşı ekstremist çıxışlarına görə isə ona cinayət işi açılıb, Krılov 120 saat məcburi əməyə cəlb edilib. Özünü millətçi-demokrat adlandıran Krılov o zaman Moskva mitinqində qafqazlıların Rusiyadan qovulmasını tələb etmiş, "Yetər Qafqazı yemlədik! " şüarını səsləndirmişdi. Həmin mitnq polisin müdaxiləsi ilə başa çatmışdı. 
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib