Dərc edilib: 14-05-2020

https://www.nuh.az/24247-.html

“Cəmil Həsənli Müsavat Partiyasından üzr istəməlidir”

14.05.2020 14:19:02

Region

Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"la keçirilən iclasında qurumun üzvü Gültəkin Hacıbəyli və sədri Cəmil Həsənli Müsavat Partiyasının fəaliyyətini tənqid edib.


“Qafqazinfo” xəbər verir ki, G. Hacıbəyli çıxışında qeyd edib ki, bəziləri tənqidçilik ruhunu itirməmək üçün vaxtaşırı olaraq onların üzərində  sınaqlar aparırlar: “Bunlardan biri də Müsavat Partiyasıdır. Ölkədə yaşanan bu cür dəhşətlərdən heç nə yazmırlar. Amma kütləvi şəkildə Eldəniz bəy məsələsinə görə bizim üstümüzə hücuma keçiblər. Mustafa Hacılı bu gün bir sərsəm bir yazı yazıb. Bildirir ki, Əli Kərimlinin internet məsələsini ona görə diqqətə gətirirlər ki, Tofiq Yaqublunun həbsi arxa plana keçsin. Guya ki Müsavat Tofiq Yaqublunu bu qədər çox sevir. Bu riyakarlıqdan başqa bir şey deyil. Məqsəd sadəcə Əli bəyi  gözdən salmaqdır. Bu gün onun yubileyidir. 55 yaşı tamam  olur. Bu yaramazlar da onun üzləşdiyi təqiblərə heç bir dəstək vermirlər.  İndi guya ki Tofiq bəyin hüquqlarının müdafiəçisi olublar. Çox biabırçı yanaşmadır.  Hesab edirəm ki, REAL-ın aqibəti aşağı-yuxarı səviyyədə Müsavat Partiyasını da gözləyir”. 

Milli Şura sədri Cəmil Həsənli isə G.  Hacıbəylinin sözlərinə belə reaksiya verib: “Burada belə bir fərq var. Yenə REAL nəyisə əldə edib o vəziyyətə düşüb.  Bu bədbəxtlər heç nə etməyib o vəziyyətə düşüblər”.

G. Hacıbəyli isə Milli Şura sədrinə mühacir məsələsiylə bağlı xatırlatma edib: “Bunlar da mühacir alverindən nəsə etmişdilər. Gəlin küçümsəməyək. Bunların da Avropada əldə etdikləri çox idi”.

Müsavat Partiyasının başqanının müavini Səxavət Soltanlı isə yayılan videoda Müsavatın ünvanına işlədilən ifadələrə görə Cəmil Həsənlinin üzr istəməsini tələb edib:

“Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur.

Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm!”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib