Dərc edilib: 14-05-2020

https://www.nuh.az/24256-.html

TƏCİLİ - General həbs edildi

14.05.2020 23:15:18

Cəmiyyət

General Əfqan Nağıyev həbs edildi - TƏCİLİ

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınmışdır.

Hit.Az xəbər verir ki, bu barədə Dövlət Təhülkəsizliyi Xidmətindən açıqlama verilib.

Bildirilib ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib