Dərc edilib: 15-05-2020

https://www.nuh.az/24270-.html

Sumqayıt icra hakimiyyətindən 10 min manat alan baş redaktor belə yaxalandı- VİDEO

15.05.2020 16:06:16

LIVE

Xəbər verdiyimiz kimi, "Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun "Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə cari il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2020-ci il tarixdə cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanmış və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.

Xeberle.com əməliyyat görüntülərini təqdim edir

NUH informasiya agentliyi səhifəsindən çap edilib