Dərc edilib: 15-05-2020

https://www.nuh.az/24277-.html

Bülbülün oğlu dünyasını dəyişdi

15.05.2020 18:18:39

Region

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov dünyasını dəyişib.

Gununsesi.org   xəbər verir ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.
Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri kimi təqaüdə çıxıb.
Qeyd edək ki, Bülbülün digər oğlu Polad Bülbüloğlu isə Azərbaycanın Rusiyadakı səfiridir. Onun qardaşının dəfninə qatılıb-qatılmaması isə bəlli deyil.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib