Dərc edilib: 15-05-2020

https://www.nuh.az/24279-.html

Cənab deputatlar və nazirlər mövqeyiniz ortaya qoyun

15.05.2020 20:05:04

Maraqlı

Cənab deputatlar və nazirlər mövqeyiniz ortaya qoyun

 

 

Əksər millət vəkillərinin və nazirlərin bir-biri ilə qohumluq, biznes bağlılıqları var

 


Parlamentdə təmsil olunan gənc deputatlardan yazmışdım. Bir də yazıram. Amma bu dəfə bir qədər fərqli notlarla qeyd edəcəm fikrimi.

Bu gənclərin yaxşı tərəfləri odur ki, gəncdirlər. Əksəriyyəti xaricdə yaxşı təhsil alıb. Deməli dünyagörüşləri sağlam və zəngindir. Çirkaba hələ tam batmayıblar. Çoxusunun sosial şəbəkələrdə profilləri var. Özlərini əlçatan millət vəkili imici formalaşdırıblar. Pis tərəfləri ...

Əksəriyyəti onlara verilən suallara cavab verməyə ya qorxur, ya da profillərinə özləri baxmır.  Köməkçiləridə onlara məlumat vermirlər. İkinci bir məqam. Ölkədə baş verən hadisələrə öz baxışları və fikirləri yox dərəcəsindədir. Əksəriyyəti Prezidentin, Milli Məclis sədrinin, Baş nazirin (hərçənd baş verənlərə prezidentdən başqa fikir bildirən yoxdur) fikirlərini kopyalıyıb öz profillərində paylaşırlar. Millət vəkili kimi cəmiyyəti maraqlandıran, narahat edən problemlərə münasibət bildirmək əvəzinə imitasiya ilə məşğuldurlar. Bir dəfə demişəm yenə deyirəm. Prezident baş verən hadisələrə münasibət bildirirsə bu onun həm dövlət başcısı kimi, həm də Azərbaycanın birinci vətəndaşı kimi mövqeyidir. Vətəndaş kimi baş verən yaxşı və əyri məqamları dilə gətirir, tərifləyir və yaxud tənqid edir. Prezident kimi isə problemləri həll edir, neqativ hallara qarşı ciddi tədbirlər görürür və gördüyü işi ictimaiyyətin, sıravi vətəndaşın diqqətinə çatdırır. Başa düşmədiyim nədir? Prezidentin bu fikirlərini, sözlərini, mətinlərini bəzi millət vəkilləri, yüksək çinli məmurlar, politoloqlar, ziyalılar təkrarlayaraq mətbuatda, cəmiyyətdə öz mövqeləri kimi təqdim etməkləri sizcə nə dərəcədə düzgündür? Rəhmətlik Ümumilli lider Heydər Əliyev demişkən öz mövqeyinizi qoyun ortaya. Ciddiyə qalsa Azərbaycan mətbuatı prezidentin son kadır islahatlarını, koronovirus pandemiyası ilə əlaqədar görülən tədbirləri, DTX-nın apardığı həbslər barədə daha sağlam və aydın mövqe ortaya qoydular. Nəyinki bəzi millət vəkilləri, ziyalılar və yaxud yüksək çinli məmurlar. Əksəriyyəti gözləmə və ehtiyatlı mövqe sərgiləyirlər. Səbəbini axtarsaq daha ciddi məsələlər ortaya çıxacaq. Çünki əksər millət vəkillərinin və nazirlərin bir-biri ilə qohumluq, biznes bağlılıqları var. Ya da bu sadaladıqlarım eyni adamın adamıdırlar. Ona görə dediyim təbəqə sadəcə prezidentin mövqeyinin arxasında gizlənərək, onun fikirlərini paylaşaraq, saytlarda, sosial şəbəkələrdə öz şəkillərinin altından verməklə, adlarını prezident İlham Əliyevin siyahısında görmək istəyirlər. 

 

Telejurnalist Şöhrət Əli

NUH informasiya agentliyi səhifəsindən çap edilib