Dərc edilib: 16-05-2020

https://www.nuh.az/24290-.html

Neftçalada DYP rəisi işdən uzaqlaşdırıldı, rəisə töhmət verdildi

16.05.2020 14:35:26

Region

Bir neçə gün əvvəl Neftçala RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Azad Məmmədyarov vəzifədən azad olunub.

 


Bizimxeber.az-a daxil olan məlumata görə, Azad Məmmədyarov işində yol verdiyi nöqsanlara görə, daxili işlər orqanlarından uzaqlaşdırılıb. 

Məlumata görə, Azad Məmmədyarov koronavirus pandemiyasının qarşısının alınması üçün qurulan postlardan şəxsi marağı üçün istifadə edib adam buraxdırırmış.

Daha bir məlumata görə, Neftçala RPŞ-nin rəisi Vüsal Şəbəndiyevə tabeçiliyində olan DYP rəsinin fəaliyyətini nəzarətdə saxlaya bilmədiyi üçün şiddətli töhmət elan olunub. Bildirilir ki, rayon polis şöbəsində araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib