Dərc edilib: 16-05-2020

https://www.nuh.az/24296-.html

"Allah bu xəstəliklə demək istəyir ki..."

16.05.2020 21:09:39

Günün sitatı

Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı hələ ki, səhhətindəki problemlərə görə xeyli müddətdir gözdən-könüldən uzaq düşüb.

 

Moderator.az-ın əməkdaşı şairlə əlaqə saxlayaraq səhhətiylə maraqlanıb və o, saytımıza açıqlamasında hələ ki, özünü normal hiss etdiyini bildirib: “Hələ ki, səhhətim babatdı, çarpışıram özüm üçün. Bildiyiniz kimi iki dəfə ağır əməliyyat keçirmişəm və ötən ay yenə Türkiyəyə getməliydim, amma yollar bağlı olduğu üçün qaldı. İndi də koronavirusa görə evdəyik. Qaldı ki, xəstəlik onsuz da həmişə olub. Allah bu xəstəliklə demək istəyir ki, insanlar bir-birini daha çox sevgiylə sevməli, istəməli, düşünməlidirlər. Bütün bunlar Allahın işarələridir və hamıya çağırış edir ki, sevgilər içində olsunlar. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Diqqətinizə görə hamınıza təşəkkür edirəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib