Dərc edilib: 17-05-2020

https://www.nuh.az/24306-.html

Qubada güclü külək yaşayış binasının damını uçurdu - Foto

17.05.2020 19:32:36

LIVE

Qubada güclü külək 5 mərtəbəli yaşayış binasına və avtomobillərə ziyan vurub.

 


"Qafqazinfo"nun xəbərinə görə, güclü külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın dam örtüyünü uçurub, həyətdə olan avtomobillərə isə ziyan dəyib.

Qeyd edək ki, küləyin yaratdığı fəsadlar rayon Fövqəladə Hallar Komissiyası tərəfindən aradan qaldırılır.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib