Dərc edilib: 18-05-2020

https://www.nuh.az/24317-.html

Bərdədə polis öldü, hərbçi yaralandı

18.05.2020 09:41:25

LIVE

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində olub. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ölən və yaralananların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölən şəxs 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər rayon polis şöbəsinin əməkdaşıdır.

Xəsarət alanlardan biri 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. 

Digər yaralı 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur. 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib