Dərc edilib: 18-05-2020

https://www.nuh.az/24322-.html

Prezident Adminstrasiyasında islahatlar: Nağdəliyevin 5 əməkdaşı İŞDƏN ÇIXARILDI

18.05.2020 14:22:38

Müsahibə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb. 


Bizimxeber.az-ın məlumatına görə, şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və  Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər. 

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib